Salyanda quldurluq etməkdə təqsirləndirilən Yaşar Məmmədov və Aydın Nəzərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Oruc Cəlilovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Yaşar Məmmədov və Aydın Nəzərov qabaqcadan əlbir olaraq Salyan rayonu ərazisində yerləşən evlərin birinə basqın ediblər. Ev sahibinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk ediblər. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
