Məzmuna keç

“Qafqazsement” dövlət idarəsini məhkəməyə verdi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, “Qafqazsement” MMC idarəyə qarşı vergi məsələləri ilə bağlı iddia qaldırıb.

İddia Gəncə İnzibati Məhkəməsində hakim Fikrət Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Şəbnəm Mehdizadə