Məzmuna keç

“Azərbaycan Avtomobil Evi”nə cərimə yazıldı

"Azərbaycan Avtomobil Evi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. İş hakim Mübariz Məmmədovun icraatına verilib.

Protokol təsdiq olunarsa, şirkət üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə