"Toyota Abşeron Center" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevic Quliyevanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunsa, "Toyota Abşeron Center" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
