Məzmuna keç

Yunanıstanda meşə yanğınında 1 nəfər ölüb

Yunanıstanda meşə yanğınlarında bir nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-1" telekanalı məlumat yayıb.

Məlumata görə, paytaxt Afinanın təxminən 120 kilometr şimalındakı Viotia bölgəsində meşə sahəsində baş verən yanğınla əlaqədar olaraq iki yaşayış məntəqəsi boşaldılıb.

Bölgədəki düşərgə ərazisi də təhlükəsizlik məqsədi ilə boşaldılıb.

Viotiyada isə mal-qaranı yanğından qorumağa çalışan 80 yaşlı çoban həlak olub.

Şəbnəm Mehdizadə