Məzmuna keç

Evlərdən oğurluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Kamran Manaflının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini Kamran Manaflı paytaxtın Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivindəki bir evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə