"Zeytun Pharmaceuticals" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəfail Sadıxovun icraatına verilib.
Protokol təsdiq olunarsa, "Zeytun Pharmaceuticals" yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
