Türkiyənin Kırklareli şəhərində son bir həftə ərzində ölkəyə qeyri-qanuni yollarla daxil olan 362 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, həmin miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Miqrant qaçaqmalçılığında şübhəli bilinən 13 nəfərdən 2-i barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digərləri isə məhkəmə nəzarəti altında azadlığa buraxılıblar.
Bundan əlavə, qaçaqmalçılıq məqsədilə istifadə edilən 11 avtomobil müsadirə edilib.
Şəbnəm Mehdizadə
