Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Bərdə Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Mercedes markal minik avtomobili yolu keçmək istəyən Ağdam rayon sakini 30 yaşlı Samir Məhərrəm oğlu Niftəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
