Türkiyənin Ankara şəhərində FETÖ/PDY terror təşkilatlarına qarşı əməliyyatda 20 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Prokurorluğu FETÖ/PDY silahlı terror təşkilatının dövlət qurumlarını hədəf alan strukturlaşması ilə bağlı araşdırma aparılıb.
Məlumata görə, 11-i dövlət müəssisəsində çalışan şəxslər olmaqla ümumilikdə 20 nəfər şübhəli şəxs müəyyən olunub. Onların stasionar telefonlar vasitəsilə terror təşkilatının rəhbər şəxsləri ilə əlaqə saxlaması məlum olub.
Şübhəlilərin tutulması üçün Ankaranın 4 vilayətində eyni vaxtda əməliyyat keçirilib.
Şəbnəm Mehdizadə
