Məzmuna keç

Türkiyədə 111 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində 111 qeyri-qanuni miqrant yaxalanıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, polis tərəfindən ictimai yerlərdə, tərk edilmiş binalarda, meydanlarda və əhalinin cəmləşdiyi yerlərdə yoxlamalar aparıb.

Komandalar yoxlamalar zamanı 111 qeyri-qanuni miqrantı yaxalayıb. Saxlanılan miqrantlar ərazi üzrə Miqrasiya İdarəsinə təhvil verilib.

Polis əməkdaşları bəzi ünvanlarda aparılan yoxlamalar zamanı 11 min 320 lirə, 320 avro və bir elektrik naqili kəsici ələ keçirib.

Şəbnəm Mehdizadə