Bakıda vətəndaşların bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Surət Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.20ci maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 13 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə
