Məzmuna keç

Türkiyədə sərhədi qanunsuz keçmək istəyən 12 nəfər saxlanılıb

Türkiyədən Yunanıstana və Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçməyə cəhd edən 12 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərdən 7-nin PKK/KCK, 2-nin isə FETÖ üzvü olduğu müəyyən edilib.

Məlumatda Türkiyə Ordusunun ölkəyə qeyri-qanuni gələn şəxslərlə mübarizəni davam etdiyi bildirilib.

Şəbnəm Mehdizadə