"Berlin Ailə və Uşaq Klinikası" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, klinika iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
