Məzmuna keç

“Gəncə Avtomobil Zavodu” cərimələnə bilər

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, Birlik barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Gəncə Avtomobil Zavodu" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək cərimə edilə bilər.

Şəbnəm Mehdizadə