Türkiyənin Giresun şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və axtarış-xilasetmə qrupları cəlb edilib.
Avtomobildən çıxarılan yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə
