Məzmuna keç

İstanbul boğazında hərəkət müvəqqəti olaraq dayanıb

Türkeli Feneri sahillərində tankerlərin birində yaranmış nasazlıq səbəbindən İstanbul Boğazında gəmi tıxacı yaranıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsi sosial şəbəkə səhifəsində məlumat yayıb.

Bildirilib ki, Rusiyadan Çinə gedən 244 metr uzunluğundakı "GUANYIN" adlı neft tankerində texniki nasazlıq yaranıb.

"Xilasetmə qayıqları dərhal bölgəyə yönəldilib. Hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb", – deyə məlumatda qeyd olunub.

Şəbnəm Mehdizadə