Məzmuna keç

Türkiyədən qanunsuz yollarla xaricə getməyə çalışan 32 miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 32 miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, İzmirin Menderes rayonunda bir qrup nizamsız miqrantın rezin qayıqla hərəkətdə olması barədə məlumat daxil olub.

Dərhal hərəkətə keçən sahil mühafizəçiləri miqrantları qayıqdan təxliyə edərək Miqrasiya İdarəsinə təhvil verib.

Şəbnəm Mehdizadə