"Ozon Tibb Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, “Ozon Tibb Mərkəzi” üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
