Məzmuna keç

Nigeriyada 39 silahlı şəxs saxlanılıb

Nigeriyanın Plato əyalətində keçirilən əməliyyatlarda 39 silahlı şəxs saxlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi Ceyms Oya məlumat verib.

O, artan təhlükəsizlik problemləri səbəbindən ordunun əyalətin müxtəlif bölgələrində əməliyyatları davam etdirdiyini bildirib.

Oya əməliyyat çərçivəsində 39 silahlı şəxsin saxlanıldığını və xeyli miqdarda silah-sursat ələ keçirildiyini deyib.

Qeyd edək ki, Nigeriyanın Plateau əyalətində vaxtaşırı dini zəmində qarşıdurmalar baş verir. Avqustun 10-da baş verən hücumda 21 nəfər həyatını itirib. Ötən ay əyalətdə həyata keçirilən əməliyyatlarda 130 silah-sursat ələ keçirilib. Əyalətin qubernatoru Kaleb Mutfvanq, son 3 ayda dini zəmində baş verən qarşıdurmalarda 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə