Məzmuna keç

Ucarda evə basqın etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Ucarda evə basqın etməkdə təqsirləndirilən Müşfiq Kərimov və Cavanşir Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-nə ərizə ilə müraciət edib. O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzərində qara rəngli maska olan iki nəfər şəxsin əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə