Türkiyənin Qaziantep şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtobusdakı 9 nəfər xəsarət alıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onlardan 1-nin vəziyyəti ağırdır.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə
