Xızıda qardaşının həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
1984-cü il təvəllüdlü Taleh Qurbanov 1999-cu il təvəllüdlü Ləman Qurbanovanı boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov isə şəhidin qardaşıdır.
Şəbnəm Mehdizadə
