Abşeron Rayon İcra Hakimiyyətinə cərimə protokolu yazılıb.
E-huquq.az- xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, Abşeron Rayon İcra Hakimiyyəti üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
