"PAŞA Bank" ASC "Business Partners Group" MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, bank Bakı Kommersiya Məhkəməsinə müraciət edərək şirkətə qarşı kredit müqaviləsi ilə bağlı iddia qaldırıb.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası sentyabrın 18-də keçiriləcək.
Şəbnəm Mehdizadə
