Məzmuna keç

“Yelo Bank” kredit borcuna görə şirkəti məhkəməyə verdi

"Yelo Bank" "Shessuccess Global" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, bank "Shessuccess Global"a qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə