Məzmuna keç

Bakıda 53 yaşlı qadının xəsarət aldığı yol qəzası ilə bağlı məhkəmə başlayır

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, R.Nəcəfov idarə etdiyi avtomobillə yolu keçən 1970-ci il təvəllüdlü Məmmədova Rəsmiyyə Sabir qızını vurub. Təcili xəstəxanaya çatdırılan qadına sol ayağın sınığı diaqnozu qoyulub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə