Məzmuna keç

İşlədiyi kafedən oğurluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Qubada oğurluq etməkdə təqsirləndirilən Bayraməli İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatıan görə, iş üzrə toplanmış materiallar baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim Rahim Həsənovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclıasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Bayraməli İsmayılov işlədiyi kafedən 2580 manat pul və 4 ədəd bank kartını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə