Məzmuna keç

Qonşusunun evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Qubada qonşusunun evindən oğurluq etməkdə təqsirləndirilən Elnur Mirzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rahim Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, rayonun Qəçrəş kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev qonşusuna məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. E.Mirzayevə qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə