Məzmuna keç

Türkiyədə narkotik alverçilərinə qarşı əməliyyatda 1 polis şəhid olub

Türkiyəninin İstanbul şəhərində narkotik alverçilərinə qarşı əməliyyat zamanı polis əməkdaşlarına atəş açılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə zamanı 2 polis yaralanıb. Xəstəxanaya aparılan yaralılardan biri – Hakan Tellinin həyatını xilas etmək mümkün olmayıb.

İnsidenti törədənlərdən biri həlak olub. Faktla bağlı 4 nəfər saxlanılıb.

İstanbul Valiliyi bu gün yerli vaxtla saat 11:00-da şəhid olmuş polis əməkdaşı Hakan Telli ilə vida mərasiminin təşkil olunacağını bildirib. İki övladı olan şəhidin cənazəsinin mərasimdən sonra doğulduğu Tokata göndəriləcəyi qeyd olunub.

Şəbnəm Mehdizadə