Məzmuna keç

Egey dənizi sahillərində 10 qanunsuz miqrant xilas edilib

Türkiyədə Egey dənizi sahillərində 10 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkesir şəhərinin Gömeç mahalından Yunanıstanın Lesbos adasına getməyə çalışan miqrantların qayığının mühərriki xarab olub.

Batmaq təhlükəsi ilə üzləşən qayıqdakıların köməyinə Sahil mühafizəçiləri çatıb.

Xilas edilərək Ayvalık rayonunun Cunda adasındakı Sahil Mühafizə Komandanlığına gətirilən miqrantlara qida, dərman və tibbi ləvazimat verilib.

Şəbnəm Mehdizadə