Türkiyənin Rize şəhərində yağan güclü yağışdan sonra avtomobil yolunda çökmə baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiddətli yağışlar Rize-Güneysu avtomobil yolunun çökməsinə səbəb olub.
Avtomobil yolunun ikinci kilometrində təxminən 5 metrlik çuxur əmələ gəlib. Yol nəqliyyatın hərəkətinə bağlanıb.
Qeyd edək ki, Rizede leysan yağışlarına görə 8 evə boşaldılıb, 24 nəfər təxliyə olunub.
Xatırladaq ki, həmin yol 3 il əvvəl də güclü yağışlardan sonra çökmüşdü.
Şəbnəm Mehdizadə
