Məzmuna keç

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərinin Havza rayonunda iki avtomobil toqquşub, daha sonra avtomobillərdən biri hərəkətdə olan motosikletə çırpılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Qəzanın baş verdiyi yerə jandarma, xilasetmə və təcili tibbi yardım briqadası göndərilib.

Nəqliyyat vasitələrində sıxışmış vəziyyətdə qalan şəxslər xilas edilib. Yaralılar Havza Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma başlayıb.

Şəbnəm Mehdizadə