Bakıda polis əməkdaşlarına xəsarət yetirməkdə təqsirləndirilən H.A-nın məhkəməsi başlayır.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Zaur Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Şüvəlan qəsəbəsində baş verib. Valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan H.A-nın aqressiv hərəkətləri ilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına – 1991-ci il təvəllüdlü R. Y. və 1985-ci il təvəllüdlü Y. X-ya, eyni zamanda qohumu, 1966-ci il V.A-ya bıçaq xəsarətləri yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
