Bakı sakininə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Nazim Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev Nəsimi rayonu ərazisində Məmmədəli Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan pulqabısını və 2800 manat dəyərində mobil telefonunu talamaqda təsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
