Türkiyənin Muğla şəhərində yerləşən xəstəxanada yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Muğlanın Menteşe Dövlət Xəstəxanasında qeydə alınıb. Xəstəxanaya dərhal çoxlu sayda yanğınsöndürənlər və polis əməkaşları cəlb edilib.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə alovun qarşısı alınıb.
Məlumata görə, yanğının baş verməsinə səbəb elektrik naqillərindəki qısqapanma olub.
Yanğın söndürüldükdən sonra xəstəxana yenidən xidmətə başlayıb.
Şəbnəm Mehdizadə
