Türkiyənin Meteorologiya Baş İdarəsi 8 əyalətdə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkənin Aralıq dənizi sahillərində və İç Anadoluda hava şəraiti kəskin dəyişəcək.
İdarədən verilən məlumata görə, Adana, Hatay, Niğde, Osmaniye, Mersin, Kahramanmaraş, Kayseri və Sivas kimi şəhərlərdə güclü leysan və tufan gözlənilir.
Əhaliyə, sel, daşqın, şimşək çaxması ilə əlaqədar olaraq nəqliyyatın hərəkətində fasilələrin olacağına dair xəbərdarlıq edilib.
İdarə həmçinin əhaliyə diqqətli olmaq barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
