Ötən sutka ərzində ukraynalı müdafiəçilər 490 rus hərbçisini məhv edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Beləliklə, Rusiyanın müharibədəki canlı qüvvə itkisinin sayı 261 min 310 nəfərə çatıb.
Bundan başqa, Rusiya müharibədə 4 400 tank, 8 562 zirehli döyüş maşını, 4 383 operativ-taktiki PUA, 5 425 artilleriya sistemi, 499 hava hücumundan müdafiə sistemi, 730 reaktiv yaylım atəşi sistemi, 315 təyyarə, 316 helikopter, 1 415 qanadlı raket, 18 gəmi/qayıq, 7 866 avtomobil və tanker, 809 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
