"Ötən həftə Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində daha 1 kvadrat kilometr ərazini azad edib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
"Biz Baxmutun cənub cinahında irəliləyirik və keçən həftə orada daha 1 kvadrat kilometr azad edildi. Artıq bu istiqamətdə ümumilikdə 44 kvadrat kilometr ərazi boşaldılıb", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
