Məzmuna keç

Avtomobil su kanalına aşdı, 3 nəfər öldü

Türkiyənin Manisa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Manisanın Akhisar rayonunda avtomobil velosipedə və park edilmiş iki avtomobilə çırpılıb. Daha sonra avtomobil suvarma kanalına aşıb.

Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Qəza yerinə təcili tibbi yardım, polis əməkdaşları və xilasetmə qrupları cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə