Məzmuna keç

Bakıda evdən 10 min manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Əkbər Məsumzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində evlərin birindən 10 000 manat dəyərində məişət və geyim əşyalarını oğurlanmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə