Abşeronda tanışını bıçaqlamaqda təqsirləndirilən Cavad Məmmədlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlq iclası sentyabrın 11-nə təyin olunub.
Qeyd edək ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Məmmədli Cavad Rasim oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində evdən götürdüyü bıçaqla qəsdən bir dəfə Vəliyev Murad Coşqun oğlunun sol kürək nahiyyəsinə vuraraq ağır bədən xəsarətləri yetirib. Cavad Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
