Məzmuna keç

Britaniya şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı

Böyük Britaniyanın "Fire & Safety Services Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə