Məzmuna keç

8 yaşlı uşaq ehtiyatsızlıqdan anasını güllələdi

Türkiyənin Artvin şəhərində tüfənglə oynayan 8 yaşlı uşaq ehtiyatsızlıqdan anasını güllələyib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal jandarma və təcili yardım əməkdaşları cəlb edilib.

Yaralı Yusufeli Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə