Məzmuna keç

İstanbulda polis əməkdaşının şəhid olduğu insidentlə bağlı 22 nəfər həbs olunub

Türkiyənin İstanbul şəhərində narkotik alverçilərinə qarşı əməliyyat zamanı polis əməkdaşı Hakan Tellinin şəhid olduğu silahlı insidentlə bağlı 39 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ilkin istintaq tədbirlərindən sonra həmin şəxslərdən 22-i barədə həbs qətimkan tədbiri seçilib. 17 nəfərlə bağlı istintaq davam edir.

Qeyd edək ki, avqustun 25-də İstanbulun Kağıthane adlı ərazisində narkotik alverçilərinə qarşı əməliyyat zamanı polis Hakan Telli şəhid olub, digər polis əməkdaşı Ahmet Yasin Çevik isə yaralanıb.

Şəbnəm Mehdizadə