Bakı Ağır Cinayətlər Məhkəməsi intihar edən hakim Rahib Salmanov bağlı məlumat yayıb.
E-huquq.az xəbər verir ki, məlumatda Azərbaycan məhkəmə-hüquq sisteminə ağır itki üz verdiyi bildirilib.
"2008-ci ildən hakim vəzifəsində işləyən Rahib Vaqif oğlu Salmanov 28 avqust 2023-cü il tarixdə vəfat edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin kollektivi bu hadisədən kədərlənir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", – məlumatda qeyd olunub.
Qeyd edək ki, R.Salmanov ötən gün müalicə aldığı xəstəxananın binasından özünü ataraq öldürüb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Şəbnəm Mehdizadə
