Rusiya Silahlı Qüvvələrinin müharibədəki itkilərinin sayı 261 min 840 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, son sutkada 530 rus hərbçisi məhv edilib.
Qeyd edək ki, müharibə başlayandan bəri Rusiya müharibədə 4 414 tank, 8 579 zirehli döyüş maşını, 4 387 operativ-taktiki PUA, 5 450 artilleriya sistemi, 500 hava hücumundan müdafiə sistemi, 733 reaktiv yaylım atəşi sistemi, 315 təyyarə, 316 helikopter, 1 419 qanadlı raket, 18 gəmi/qayıq, 7 909 avtomobil və tanker, 820 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
