Məzmuna keç

Kovalev: “Müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir”

"Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində Verbove istiqamətində irəliləyir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalev deyib.

Onun sözlərinə görə, xüsusilə Ukrayna Müdafiə Qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir: "Novodanilovka-Verbovoye istiqamətində hərbçilərimiz uğur qazanıblar, əldə olunmuş xətlərdə möhkəmlənməkdədirlər".

Şəbnəm Mehdizadə