Ağcabədidə oğurluq etməkdə təqsirləndirilən Amin Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərililib.
İşə sentyabrın 7-də hakim Rəşad Nuriyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Amin Əhmədov rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlamaqda təqsirləndirilir. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib. A.Əhmədova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
