Məzmuna keç

Mərkəzi Bank xarici şirkətin Azərbaycandakı filialına cərimə yazdı

"Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə gönərilib. İş hakim Elnurə Rəcəbovanın icraatına verilib.

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə